“Bakı Sığorta” ASC 2022-ci ili 102.67 min manat xalis mənfəət ilə başa vurmaqla öncəki ildəki zərəri təkrarlamamış olub.
Banker.az bu barədə sığorta şirkətinin illik audit hesabatına istinad edir.
Sığorta şirkəti 2021-ci ili “Bakı Sığorta” ASC ötən ili 1.71 min manat zərər ilə tamamlamışdı.
2022-ci ildə “Bakı Sığorta”nın cəmi əməliyyat gəlirləri illik müqayisədə 93% artaraq 7.52 min manat, cəmi əməliyyat xərcləri isə 24% artaraq 6.93 mln manat olub ki, bu da onun əməliyyat mənfəətini 119 min manat etməsi deməkdir.
Sığorta şirkəti sığorta haqları hesabat ilində illik 33.8% yüksələrək 6.34 mln. manat olmuş, sığorta ödənişləri isə 93% artrmaqla 2.5 mln. manat olmuşdur.
Xatırladaq ki, “Bakı Sığorta” ASC-nin nizamnamə kapitalının həcmi 8 milyon 925 min 444 manat təşkil edir. Onun səhmdarları “Bank Respublika” ASC, “Diamond Motors” MMC, “Ekolizinq” MMC, “Toyota Abşeron Center” MMC, “Yeni Motor” MMC və 2 fiziki şəxsdir.