“Midjourney”in tərtibatçıları neyron şəbəkəyə pulsuz sınaq girişini bağlayıblar. Şəkillər yaratmaq üçün indi ayda ən azı 10 dollar ödəmək lazımdır. Neyron şəbəkənin işindəki dəyişiklikləri onun yaradıcısı David Holtz açıqlayıb. Onun sözlərinə görə, tərtibatçılar bu addımı “həddindən artıq tələbat və sui-istifadə” səbəbindən atıblar. Şirkət təsvirlərin yaradılmasını texniki vasitələrlə məhdudlaşdırmağa çalışsa da, buna nail ola bilməyib.
Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.
“Midjourney” neyron şəbəkəsi Donald Tramp və Papanın həbsinin görüntülərinin internetdə yayılmasından sonra kəskin tənqidlə üzləşib. Bir çox internet istifadəçisi onları real fotolar kimi qəbul edib.
Qeyd edək ki, 2022-ci ildə “Midjourney” rəhbərliyi Si Cinpinin şəkillərinin yaradılmasına məhdudiyyətlər qoyub. David Holtz onda Çinlə yaxşı münasibətlər saxlamağın şirkət üçün daha vacib olduğunu deyib.