Çin Kommunist Partiyasının 20-ci Qurultayından sonra keçmiş məmurlar və maqnatlar Çinə qayıtmaq xahişi ilə çinli milyarder Cek Maya müraciət edərək onun vətənpərvərliyinə çağırıblar. Milyarder bir illik fasilədən sonra martın sonunda vətəninə qayıdıb.
Banker.az bu barədə RBC-ya istinadən xəbər verir.
“Bloomberg” daha əvvəl bildirmişdi ki, Çin hakimiyyəti Manı geri dönməyə və biznes ictimaiyyətinə hökumət dəstəyini nümayiş etdirməyə inandırmağa çalışıb.
2020-ci ildə iş adamı Çin hakimiyyətinin siyasətini tənqid edib. Bundan sonra onun maliyyə şirkəti “Ant Group” birjaya çıxa bilməyib. Keçən Noyabrda “The Financial Times”ın xəbər verdiyi kimi, Manın Çini tərk etməsi səlahiyyətlilərin “ölkənin texnologiya sektoruna və ən güclü iş adamlarına qarşı təzyiqləri” ilə əlaqədar olub. Qəzet milyarderin Tokioda yaşadığını, ABŞ və İsrailə səyahət etdiyini qeyd edib.