“Apple” şirkəti yüzlərlə ştatdankənar işçilərini işdən çıxarıb.
Bu barədə “Newsweek” jurnalı məlumat yayıb.
Şirkət son bir neçə gündə yüzlərlə ştatdankənar işçi ilə müqaviləni ləğv etsə də, bu barədə ictimaiyyətə açıqlama verilməyib.
Məlum olduğu kimi, “Apple” məhkəmə çəkişmələrindən qaçmaq və işdən çıxma haqqı ödəməmək üçün işçiləri deyil, podratçıları işdən çıxarmaq qərarına gəlib.