Azərbaycanda mikro – fərdi sahibkarlara verilən kreditlərin həcmi artmaqdadır.
Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir.
Belə ki, 1 mart 2023-cü il tarixinə hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərə verilən kreditlərin həcmi illik müqayisədə aylıq 2%, illik isə 48.2% artmaqla 2 milyard 233 milyon manat təşkil edib.
Fərdi sahibkarlara verilən kreditlərin 2 milyard 169.8 milyon manatı milli və 63 milyon manatı isə xarici valyutada verilmişdir.
Fərdi sahibkarların banklardakı əmanətləri 248 mln. manat olub, bunun yalnız 32.6 milyon manatı xarici valyutadadır.