“Qazaxıstan Azərbaycanla ticarət sahəsində əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır”.
Bunu Qazaxıstanın ticarət və inteqrasiya nazirinin müavini Kairat Torebayev Bakıda Qazaxıstan istehsalçılarının ticarət-iqtisadi missiyasının iclasında deyib.
Onun sözlərinə görə, hər il iki ölkənin şirkətləri arasında azı 30 milyon ABŞ dolları məbləğində müqavilələr imzalanır.
K.Torebayev ötən il iki ölkə arasında ticarət dövriyyəsinin dəyərinin 262 milyon ABŞ dollarına çatdığını da əlavə edib.