ABŞ-ın keçmiş prezidenti Donald Tramp çərşənbə axşamı Nyu-York məhkəməsi tərəfindən ona qarşı irəli sürülən ittihamları seçkilərə müdaxilə adlandırıb.
O, bunu Florida ştatınındakı iqamətgahında çıxışı zamanı deyib.
“İndi ölkəmizdə seçkilərə görünməmiş miqyasda müdaxilə var. Bu, Corc Soros tərəfindən dəstəklənən Alvin Braqla (Trampa qarşı ittiham irəli sürən prokuror) başlayır. O, prezident Trampın sonuna çıxmaq üçün kampaniya qurub”, – Tramp bildirib.