Midjourney – istifadəçinin daxil etdiyi açar sözlərdən şəkillər yaradan, süni intellekt əsasında işləyən bir sistemdir. Neyroşəbəkə alim və Maks Plank İnstitutunun (Max-Planck-Institut für Physik) keçmiş əməkdaşı David Holtz tərəfindən təsis edilmiş eyniadlı Amerika şirkəti tərəfindən hazırlanıb.
2022-ci il iyulun ortalarında “Midjourney” bütün dünyada istifadəçilər üçün əlçatan olub. “Midjourney” digər neyron şəbəkələrlə müqayisədə daha yüksək ayırdetmə qabiliyyətinə malikdir.
Pulsuz versiyada siz aşağı və ya daha az rezolyusiyada 25 şəkil yarada bilərsiniz. Şəkili təkmilləşdirmək üçün hər cəhd ayrıca hesablanır. Əgər limitsiz sayda şəkil düzəltmək istəyirsinizsə, ayda 30 dollar abunə ödəməlisiniz. Eyni zamanda, ayda ~200 şəkil düzəltməklə kifayətlənənlər üçün 10 dollarlıq “Basic” tarif mövcuddur.
“Midjourney”dən necə istifadə etməyə başlamaq olar?
Neyron şəbəkənin imkanlarından istifadə etmək üçün öncə “Discord” xidmətində hesabınız olmalıdır.
1. “Discord” proqramını işə salın və ya brauzerdən veb-versiyaya daxil olun.
2. Dəvət linkindən istifadə edərək “Midjourney”ə keçid edin.
3. İstifadəçilərin şəkillər yaratdığı “Newbie” çatlarından birinə üzv olun.
4. Çatda mətn yazma sətrinə “/imagine” əmrini daxil edin.
5. “promt” pəncərəsində ingilis dilində şəkilin təsvirini yazın.
6. “ToS” düyməsini klikləməklə xidmət şərtləri ilə razılaşın.
7. “Midjourney” hər biri saxlanıla və ya daha da təkmilləşdirilə bilən dörd şəkildən ibarət kollaj yaradacaq.
8. Yaranan şəkillərin altında “U” və “V” düymələri olacaq. “U” seçilmiş şəklin ölçüsünü artırmağa, “V” isə onlardan biri üçün əlavə versiyalar yaratmağa imkan verir.
9. Alınan şəkili daşıcıya yükləyin.
Şəkili yaddaşda saxlamaq üçün çatda şəklin üzərinə klikləyin, “Orijinalı aç” linkinə keçid edin və “Yadda saxla” düyməsini sıxın.
“Midjourney”də sorğunu necə düzgün formalaşdırmaq olar?
Şəklin təsvirə uyğun olması üçün sorğu tərtib edərkən müəyyən qaydalara əməl etməlisiniz.
– mücərrəd təsvirlərdən qaçaraq sorğunu mümkün qədər dəqiq və aydın şəkildə tərtib edin. “Bakının ən gözəl parkı” kimi ifadələrdən istifadə etməkdənsə, konkret yer adlarını göstərmək daha yaxşıdır;
– ön sözlərdən və hissəciklərdən qaçınmaq məqsədəuyğundur. “Adamın əhvalı yoxdur” əvəzinə “əhval-ruhiyyəsi pis olan adam” yazmaq daha yaxşıdır;
– sorğu mürəkkəbdirsə, onun hissələri vergül və ya iki iki nöqtə ilə ayrılmalıdır.
– isimləri təkdə istifadə edin və ya konkret bir rəqəm yazın.
Sizə düzgün sorğu yaratmağa kömək edəcək xidmətlər var. Məsələn, “Promptomania”, “Phraser”, “Prompter”, “Prompt helper” və “Noonshot”. Əgər çətinlik çəkirsinizsə, onlardan da istifadə edə bilərsiniz.