14 C
Baku
Saturday, November 23, 2024

Avropada qaz 3%-dək ucuzlaşıb

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 512 ABŞ dollarına yaxın səviyyədə qərarlaşıb.

Banker.az xəbər verir ki, 5 aprel tarixində may fyuçerslərinin qiyməti TTF (Niderlandın “Title Transfer Facility”i – Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 511.8 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (527.3 dollar) ilə müqayisədə 2.9% azdır.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

Son xəbərlər
Digər xəbərlər