Kamil Lətifov “Premium Bank” ASC-nin İdarə Heyəti sədrinin müavini, Baş Risk inzibatçısı təyin edilib.
Banker.az xəbər verir ki, bu barədə bankdan məlumat verilib.
Qeyd edək ki, K.Lətifov 2008-ci ildən bank sektorunda çalışır. Karyerasına “Bank of Baku “ ASC-də başlayıb, 2016-cı ildən “Kapital Bank” ASC-də “şöbə rəisi” kimi çalışıb.
O, Azərbaycan Banklar Assosiasiyasının “Komplayns” üzrə ekspert qrupunun üzvüdür.