14 C
Baku
Saturday, November 23, 2024

Rus rublunun başını yenidən “qara buludlar” alır – “Shell” xəbəri 1 dolları 82 rubla qaldırdı

Böyük Britaniyanın neft-qaz şirkəti “Shell”in $1 milyard ekvalenti üzərində olan rubl qazancını repatriasiya etməyi planlaşdırdığına dair son xəbərlər Rusiya valyutasının son ucuzlaşmasına gətirib çıxardı və bu, psixoloji əhəmiyyətli bir dollar üçün 80 rubl səviyyəsini ötdü.

Banker.az xəbər verir ki, Moskva birjasında 1 dollar daha 2.512 rubl (3.15%) bahalaşaraq  82.347 rubl səviyyəsinə yüksəlib ki, bu rus pulunun 2022-ci ilin aprelindən bəri ən aşağı səviyyəsini göstərir. Avro/rubl cütlüyü isə 1%-dən çox bahalaşaraq 90.2 rublu keçib.

Moskvanın “Locko-Invest” şirkətindən Dmitri Polevoy Bloomberg-ə bildirib ki, əcnəbilər tərəfindən aktivlərin satışını təsdiqləmək prosesi “qeyri-şəffafdır”.  “Valyuta bazarında likvidliyin aşağı olması rublun məzənnəsində dəyişkənliyin artmasına gətirib çıxarır”-deyə, o bildirir.

Rusiya rəhbərliyi “Shell”ə Rusiyanın Ukraynaya müdaxiləsi fonunda Uzaq Şərq layihəsindən çıxacağını açıqladığı “Saxalin-2” layihəsindəki payına görə təxminən 1.21 milyard dollar dəyərində rubl almağa icazə verib.

tvc de410b190fb5fb2ee5187090eae5fb36

Ötən ilin fevralında müharibə başlayanda rublun məzənnəsi 1 ABŞ dolları üçün 130-a düşdü və hökumətin Rusiya aktivlərini satmaq üçün xarici şirkətlərdən icazə tələb edirdi. Qərbin bir sıra sanksiyalarına və maliyyə cəzalarına baxmayaraq, davamlı enerji ixracı sayəsində valyuta qismən yenidən qalxdı.

Digər tərəfdən ölkədə rublun məzənnəsi inersiya iləartmışdı. İdxalın zəifləməsi, kapital axınına məhdudiyyət rublu bhalaşdırırdı. İyunun zirvəsində dollar/rubl cütlüyü 50-yə çatdıqdan sonra enerji gəlirləri bir qədər azalmağa başladı və dollara tələb artdı, bu da artan likvidlik böhranına gətirib çıxarır.

rubl russia moscow scaled
Exchange, Rusiya

Bu arada kapital qaçmağa davam edir. “Bloomberg” xəbər verir ki, ayrılan şirkətlərdən cəmi aktiv satışları keçən il 15-20 milyard dollar arasında olub.

Bu həftə “Raiffeisen Bank International AG”-nin Rusiya filialı premium müştərilərdən başqa hər kəs üçün dollar köçürmələrini qadağan edib və minimum köçürmə məbləğini 20 000 dollara qaldırılıb.

Bundan əlavə, Çin yuanı Rusiyada əsas valyutaları əvəzləməkdədir. Yuan bu ölkədə ən çox satılan valyuta olaraq ABŞ dollarını üstələyir. Səbəb Qərbin sanksiyalarının Rusiya qurumlarının dollar əsasında əməliyyatlar aparmasını çətinləşdirilməsinə görədir.

Son xəbərlər
Digər xəbərlər