Azərbaycan Respublikası Dövlət Neft Fondunun Azəri-Çıraq-Günəşli neft-qaz yatağından gəlirləri 2023-cü ilin ilk rübündə 2 milyard 44 mln. ABŞ dolları təşkil edib.
Banker.az-a bu barədə Fonddan bildirilir.
Bu da illik müqayisədə 178 milyon dollar və ya 9.5% artımdır.
Şahdəniz yatağından qaz və kondensatı üzrə 646.36 mln. ABŞ dolları olub. Bu öncəki ildən 80% yuxarı göstəricidir.
Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər –128.17 mln. dollar olub.