14 C
Baku
Saturday, November 23, 2024

Lavrov: “Rusiya, Türkiyə, Suriya və İran XİN başçılarının görüşünə hazırlıq gedir”

Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyə və Suriya münasibətlərinin normallaşması prosesindən danışıb.

Ankarada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə danışıqların yekunlarına dair birgə mətbuat konfransında Rusiya XİN başçısı Türkiyə və Suriya münasibətlərinin normallaşması ilə bağlı müdafiə nazirləri, kəşfiyyat xidmətlərinin rəhbərləri və XİN başçılarının müavinləri səviyyəsində görüşlərin keçirildiyini xatırladıb.

“Bu danışıqlar ötən ilin dekabrından başlayıb. Bu ilin mart-aprel aylarında davam etdirilib. Bu, ondan xəbər verir ki, proses başlayıb. Bu proses bir anlıq ola bilməz. Bir dəfə ilə problemlər həll olunmur. Təmaslar qurulmalı, etibar möhkəmlənməli, şəffaflıq yüksəldilməlidir və yekunda qanuni bu prosesin iştirakçılarının maraqlar balansı tapılmalıdır. Biz məhz bu mövqedən çıxış edərək öz xidmətlərimiz təklif etmişik”.

Lavrov bu görüşlərin davam edəcəyini söyləyib: “O ki qaldı XİN başçıları səviyyəsində görüşə, bu görüşə hazırlıq lazımdır. Bu hazırlıq gedir. Moskvada XİN başçılarının müavinləri səviyyəsində keçirilən görüş məhz buna həsr olunmuşdu. Hazırlığa görüşün keçirilmə vaxtının razılaşdırılması da daxildir”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər