Bütövlükdə 2023-cü ilin birinci rübü ərzində sahələrarası maliyyə axınlarının həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 9.5% və ya 1.7 mlrd. manat artaraq 19.2 mlrd. manat təşkil edib.
Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankının 2023-cü ilin birinci rübü üzrə “Sahələrarası maliyyə axınlarınının təhlilinə dair hesabat”da qeyd edilir.
2023-cü ilin birinci rübündə ötən ilin dördüncü rübünə nəzərən ÜDM-in başlıca xərc komponentləri olan istehlak, investisiya və ixrac komponentləri indeksində artım qeydə alınmışdır. Dövlət alışları komponenti indeksində isə cari ilin birinci rübü ərzində davam edən azalma rübün sonlarından başlayaraq artım dinamikası ilə əvəz olunmuşdur (Şəkil 4). Eyni zamanda dövlət alışları komponenti uzunmüddətli ortalama səviyyəsinə çata bilməmişdir.