14 C
Baku
Sunday, November 24, 2024

Ukrayna Suriyaya qarşı 50 il müddətinə sanksiyaların tətbiqinə başlayıb

Ukrayna Nazirlər Kabineti 50 il müddətinə anti-Suriya sanksiyalarının tətbiqi proseduruna başlamaq barədə qərar qəbul edib.

Bu barədə cümə günü Ukraynanın İqtisadiyyat naziri Yuliya Sviridenko məlumat verib.

“Bu gün hökumət Suriyanın mövqeyinə yekun və sərt, lakin tamamilə adekvat cavab – ölkəyə qarşı 50 il müddətinə sektoral sanksiyaların tətbiq edilməsini təklif etdi. Beləliklə, Suriya ilə iqtisadi əlaqələr məsələləri bir müddətə bağlanacaq”, – nazirliyin mətbuat xidməti bildirib.

Ukrayna İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin aydınlaşdırdığı kimi, Nazirlər Kabineti cümə günü keçirdiyi iclasda “Suriyaya qarşı sanksiyaların tətbiqi ilə bağlı təkliflərin Milli Təhlükəsizlik və Müdafiə Şurasına təqdim edilməsi qərarını dəstəkləyib”. Məhdudiyyətlər arasında ticarət əməliyyatlarının məhdudlaşdırılması, Suriyaya investisiya qoyuluşunun qadağan edilməsi, Suriya sakinlərinin Ukrayna ərazisində resursların tranzitinə, uçuşlarına və daşımalarına xitam verilməsi daxildir. Kiyev iqtisadi və maliyyə öhdəliklərinin yerinə yetirilməsini dayandıracaq, texnologiya və əqli mülkiyyət hüquqlarının ötürülməsini qadağan edəcək, həmçinin Suriya bayrağı altında üzən gəmilərin ölkəyə girişi də qadağan ediləcək.

Sviridenko xatırladıb ki, Kiyev artıq Suriya prezidenti Bəşər Əsəd və digər liderlərə qarşı sanksiyalar tətbiq edib, həmçinin diplomatik əlaqələri kəsib. Bundan əlavə, Ukrayna bağlanmış müqavilələrə xitam verir. Belə ki, cümə günü hökumət Suriya ilə gömrük sahəsində əməkdaşlıq haqqında sazişi birtərəfli qaydada ləğv edib. Martın sonunda isə ticarət-iqtisadi və texniki əməkdaşlıq haqqında sazişə xitam verildi.

Son xəbərlər
Digər xəbərlər