“Vaqner” döyüşçüləri Ukraynanın Baxmut şəhərinin mərkəzinə daxil olaraq, yerli hərbi prokurorluğun binasını ələ keçiriblər.
Bu barədə Müharibənin Öyrənilməsi İnstitutunun analitikləri Ukrayna müharibəsi ilə bağlı son hesabatda bildiriblər.
Hesabatda Rusiya hərbçilərinin Konstantinovka-Çasov Yar-Baxmut magistralının cənubuna doğru irəlilədiyi qeyd olunub.
Rusiyalı hərbi jurnalistlər “vaqner”çilərin Baxmutun mərkəzində bir neçə binanı, o cümlədən “Metallurq” stadionunu, Baxmut otelini və Bütün Müqəddəslər Kilsəsini ələ keçirdiyini iddia edir, lakin bu barədə rəsmi açıqlama verilməyib.