8 C
Baku
Sunday, December 1, 2024

Kredit üzrə gecikmələr sistemdə neçə il qalır?

Əvvəlki yazımızdan da məlumdurki, kreditin gecikmələrinə görə bir çox banklar müştərilərə yeni kreditin verməsində imtina edirlər.

Kredit təşkilatları gecikmə və müştərinin əvvəlki borc öhdəlikləri haqqında olan ümumi məlumatları Azərbaycan Kredit Bürosundan (AKB və ya köhnə adı MKR) əldə edirlər.

Bəs borcalanın gecikməsi haqqında olan məlumatlar sistemdə hansı müddətdə saxlanılır?

İlk növbədə nəzərinizə çatdıraq ki, borcalan haqqında ümumi məlumat AKB-də 10 il ərzində saxlanılır.

Borcun qaytarılması zamanı gecikmələrlə əlaqədar məlumatların saxlanma müddəti isə müəyyən şərtlərə uyğun olaraq dəyişir.

  • Borcunuzu tam qaytarmağınıza baxmayaraq, müqavilə müddətində gecikməniz olubsa: məsələn, 12 aylıq kredit müqaviləsi ərzində 4-cü ayın ödənişini gecikdirmisiniz, lakin növbəti dəfə iki ayın ödənişini bir edərək, gecikməni aradan qaldırmısınızsa, bu məlumat da sizin tarixçənizə əlavə edilir və 2 il müddətində sistemdə saxlanılır.
  • Müqavilə müddəti bitdikdən sonrakı dövrdə borcunuzu bağlayırsınızsa: məsələn, 12 aylıq kredit dövrü bitdi, lakin siz borcunuzu 15-ci ayda tam bağladınızsa, bu məlumat AKB-də 10 il müddətində saxlanılacaqdır.
  • Məlumatın silinməsi yalnız gecikmiş borc tam ödənildikdən 10 il sonra baş verir. Bu səbəbdən borc ödənməzsə, məlumat AKB-dən silinmir.
Son xəbərlər
Digər xəbərlər