Bir ustad öz şagirdi ilə səyahətə çıxır. Kəndin ətrafında olar ölkənin kralı ilə qarşılaşırlar. Kral onları gördükdə deyir:
—Mənə görə belə narahat olmağa dəyməzdi.
-Siz səhv edirsiniz – deyə şagird dilləndi, – biz səyahətə gedirik. Lakin sizin səfəriniz barədə bilsəydik, mütləq sizi qarşılamağa gələrdik.
Bütün bu zaman ərzində müəllim heç bir söz demədi və yalnızca axşam öz şagirdinə dedi.
-Nə vacib idi ki, sən ona bizim onu qarşılamağa gəlmədiyimizi dedin? Sən görmədin o necə pərt oldu?
-Axı, biz ona necə yalan deyə bilərdik, bu zaman biz sadəcə onu aldatmış olardıq.
-Xeyr – deyə müəllim cavab verdi – bu zaman o özü özünü aldatmış olacaqdı.