10 C
Baku
Friday, December 13, 2024

“Alibaba” öz süni intellekt texnologiyasını təqdim edib

“Alibaba” Amerikanın “OpenAI” şirkətinin yaratdığı “ChatGPT” çat-botu ilə rəqabət aparmaq üçün öz süni intellekt texnologiyasını təqdim edib, Banker.az bu barədə Forbes-ə istinadən xəbər verir. Yenilik “Tongyi Qianwen” adını alıb.

Çin şirkəti yaxın gələcəkdə süni intellekt imkanlarını bütün tətbiqlərinə inteqrasiya edəcəyini bildirib. “Tongyi Qianwen” Çin və ingilis dilində əməliyyatları dəstəkləyir. “Alibaba” süni intellekti aprelin 14-də müştərilərinə təqdim etməyi planlaşdırır.

“Alibaba”nın baş direktoru Daniel Zhang deyib ki, bu texnologiya insanların istehsal və işləmə tərzini, gündəlik həyatlarını çox dəyişəcək.

“Bloomberg” qeyd edib ki, “Alibaba”nın təqdimatından bir gün əvvəl Çinin “SenseTime” şirkəti öz süni intellektini nümayiş etdirib. O, həmçinin “ChatGPT” ilə rəqabət aparmaq niyyətindədir və ingilis və Çin dillərində işləyir.

Son xəbərlər
Digər xəbərlər