7 C
Baku
Thursday, December 12, 2024

Balaxanı Sənaye Parkının rezidenti 3 milyon manata yaxın mənfəət açıqladı

“Exol Azerbaijan” QSC 2022-ci ili 2 milyon 655 min manat xalis mənfəət ilə başa vurub. 2021-ci ildə şirkətin mənfəəti 1 milyon 761 min manat olub ki, bu da illik müqayisədə 1.5 dəfə böyükdür.

Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Exol Azerbaijan”ın əsas əməliyyat gəlirləri 7 milyon 231 min manat (əvvəlki ilə nisbətən 13% çox), satışın maya dəyəri 4 milyon 399 min manat (əvvəlki ilə nisbətən 5% çox) təşkil edib.

2022-ci il 31 dekabr tarixinə “Exol Azerbaijan”ın cəmi aktivləri 2 milyon 437 min manat olub ki, bu da 2021-ci ilə nisbətən 34% artım deməkdir. Hesabat dövründə şirkətin cəmi öhdəlikləri 1 milyon 384 min manatdan 1 milyon 918 min manata, cəmi kapitalı 439 min manatdan 519 min manata çatıb.

1 2

Son xəbərlər
Digər xəbərlər