14 C
Baku
Sunday, November 24, 2024

Nazirlik daha iki bələdiyyə sədrini cərimələyib

Yardımlıda iki bələdiyyə sədri cərimələnib.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları Yardımlı rayonunun ərazisində keçirdikləri tədbir zamanı sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktını aşkarlayıb.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna görə Sırıq kənd Bələdiyyəsinin sədri M.Şabıyev və Zevin kənd Bələdiyyəsinin sədri Ş.Qadirli barəsində barəsində protokol tərtib olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər