“Günay Sığorta” ASC səhmdarı olan Direktorlar Şurası sədrinə ötən il borc verib və bildirilir ki, borc “şəxsi məqsədlər” üçün təqdim edilib.
Banker.az-ın əldə etdiyi məlumata görə, bu barədə səhmdarları protokollarda 2022-ci ilin son rübündə 3 dəfə bu məsələni gündəliyə saldığı məlum olub.
Şirkətin Direktorlar Şurasının sədri Mahmud Məmmədovdur. Onun şirkətin nizamnamə kapitalında 28.48% payı var.
Yığıncağın protokollarında “Günay Sığrta”nın səhmdarların qərarı ilə M.Məmmədova 100 min, 120 min, 130 min olmaqla ümumilikdə 350 min borc verildiyi qeyd edilir.
Demək olar ki, ötən il sığorta şirkətinin səhmndarlarının gündəliyi Mahmud Məmmmədova “həsr” edilib. Burada, onun Almaniyaya ezamiyyətə gönərilməsi və istifadə etmədiyi əmək məzuniyyətinə görə ona kompensiasiya ödənilməsi kimi məsəlləri daxil edilib.
M.Məmmədov “Günay Bank” ASC-nin əsas səhmdarıdır. Belə ki, bankın 64.91 mln. manatlıq səhm kapitalının 58.22%-i Mahmud Məmmədovundur.