1 C
Baku
Saturday, December 14, 2024

“AGA Group”un faktorinq biznesinin xalis mənfəəti azalıb

“AQA Şirkətlər Qrupu”nun strukturunda olan faktorinq biznesi “Ferrum Kapital” QSC ötən il öncəki illərdən daha az sürətlə inkişaf edib.

Banker.az hesabatına istinadən xəbər verir ki, şirkət 2022-ci ildə cəmi 2.16 milyon manatlıq xalis mənfəət əldə edib. Halbu ki, öncəki 2021-ci ildə bu rəqəm 2.39 milyon manat olmuşdu.

Azalmaya bir neçə faktor təsir edib. Belə ki, inzibati xərclər burada əsas rola malikdir. 2022-ci ildə şirkətin 13.22 milyon manat faiz gəliri olmuş və bu da 2021-dən 26% artmış olub.

Şirkətin faiz xərcləri də eyni ilə 7% artaraq 4.22 mln. manat olub.

“Ferrium Kapital” QSC 2022-ci ildə əsas fəaliyət istiqaməti olan kreditlər və avanslar üzrə portfelini cəmi 0.5% artırmaqla 36.2 milyon manata çatdırıb.36.2 milyon manata çatdırıb.

Şirkətin cəmi aktivlərinin həcmi 56.9 milyon manat olub. Bu, 2021-ci ildə 50.76 milyon manat idi.

2 1 1 2

Son xəbərlər
Digər xəbərlər