Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 11-ci sanksiyalar paketini təqdim etməyə hazırlaşır. Bunu “CNBC” televiziya şirkətinə müsahibəsində maliyyə xidmətləri, maliyyə sabitliyi və kapital bazarları üzrə Avropa komissarı Meyrid Makqinnes deyib.
Banker.az bu barədə TASS-a istinadən xəbər verir.
Avropa komissarı qeyd edib ki, 11-ci sanksiyalar paketi ilk növbədə məhdudlaşdırıcı tədbirlərdən yayınma cəhdləri ilə mübarizəyə yönələcək.