8 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanın sığorta bazarı 34% böyüyüb

2023-cü ilin yanvar-mart ayında Azərbaycanda sığorta yığımlarının həcmi 346 milyon 910 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 34% çoxdur.

Banker.az bu barədə AMB-yə istinadən xəbər verir.

Sığorta şirkətlərinin etdiyi ödənişlərin həcmi isə 102 milyon 290 min manat olub ki, bu da 67% artım deməkdir.

Ötən ilin eyni dövründə sığorta yığımlarının həcmi 258 milyon 425 min manat, sığorta ödənişlərinin həcmi isə 61 milyon 228 min manat olub.

Son xəbərlər
Digər xəbərlər