10 C
Baku
Saturday, November 23, 2024

3 ayda əhali ₼7.4 milyard ərzaq, içki və tütün məmulatlarına xərcləyib

2023-cü ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 13.0 milyard manatlıq, o cümlədən 7.4 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 5.6 milyard manatlıq qeyri-ərzaq malları satılmışdır. 2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə3.0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2.1 faiz, qeyri-ərzaq malları üzrə 4.1 faiz artmışdır.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

2023-cü ilin yanvar-mart aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 52.2 faizi ərzaq məhsullarının, 4.9 faizi içkilər və tütün məmulatlarının, 14.7 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5.0 faizi avtomobil benzini və dizel yanacağının, 4.5 faizi elektrik malları və mebellərin, 2.4 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1.0 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 15.3 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur.

Son xəbərlər
Digər xəbərlər