Azərbaycan cari ilin ilk rübündə xam neft ixracınını bir qədər də yüksəldərək 6.81 milyon tona, yaxud 49.91 milyon barrel həcminə çatdırıb.
Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2023-cü ilin yanvar-mart ayları ərzindəki ixracın dəyəri 4.27 milyard ABŞ dolları təşkil edib.
İxracın həcmi miqdar və həcm baxımdan 16% artmış olub. Demək olar ki, qiymətlər bir barrel üçün öncəki ilin analoji dövrü ilə eyni olub.
1 tonun qiyməti 2022-ci ilin ilk rübündə 625 dollar olduğu halda, cari ildə 627 dollar təşkil edib. Yəni bir barrel ortalama 85 dollara ticarət edilib.
Xam neftin 33%-i İtaliyaya icrac edilib.
TAM SİYAHI:
| Ölkələr | Miqdar(ton) | Statistik dəyər | 
| Cəmi | 6 809 685.99 | 4 272 127.65 | 
| İtaliya | 2 249 020.21 | 1 438 281.73 | 
| İsrail | 710 896.11 | 445 682.27 | 
| İspaniya | 605 215.50 | 391 111.57 | 
| Hindistan | 522 083.55 | 314 834.62 | 
| Çexiya | 427 362.71 | 270 474.91 | 
| Almaniya | 391 093.25 | 248 823.84 | 
| Türkiyə | 379 318.16 | 227 565.71 | 
| Yunanıstan | 299 869.30 | 190 160.53 | 
| Avstriya | 266 568.71 | 152 155.74 | 
| Rumıniya | 176 403.69 | 112 481.23 | 
| İrlandiya | 175 028.65 | 93 438.20 | 
| Sinqapur | 138 338.45 | 87 786.40 | 
| Vyetnam | 138 516.86 | 85 115.06 | 
| İndoneziya | 128 188.47 | 85 009.70 | 
| Fransa | 108 829.65 | 66 307.70 | 
| Portuqaliya | 92 952.72 | 62 898.43 | 


 
                                    





