Rusiya prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyqu ilə görüş keçirib.
Prezident müdafiə nazirindən Sakit Okean Donanmasının yoxlamasının gedişatı barədə məlumat verməyi xahiş edib.
Putin bildirib ki, bu gün Silahlı Qüvvələrin, ilk növbədə, Ukrayna istiqamətində istifadəsi üçün aydın prioritetlər var, lakin heç kim donanmanın inkişafı vəzifəsini ləğv etməyib.