13 C
Baku
Saturday, November 23, 2024

Azərbaycanın birbaşa daxili dövlət borcunun məbləği açıqlanıb

Bu il aprelin 1-nə Azərbaycanın birbaşa daxili dövlət borcunun məbləği 4 368.7 milyon manat təşkil edib.

Banker.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, ilin əvvəli ilə müqayisədə 180,5 milyon manat və yaxud 4,3 % çoxdur.

Nazirlik artımı daxili dövlət borcalmasının məbləğinin artırılması, dövlət qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi, dövlət borcunun orta və uzunmüddətli gəlirlik əyrisinin formalaşdırılması və “Dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”sına uyğun olaraq xarici borcun daxili borcla əvəzlənməsi istiqamətində məqsədyönlü borclanma siyasətinin həyata keçirilməsi ilə izah edib.

Son xəbərlər
Digər xəbərlər