10 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycan İraq, Argentina və Almaniyadan quş ətinin idxalına məhdudiyyət qoyub

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, İraq Respublikasının Kərkük əyalətində dabaq, Almaniya Federativ Respublikasının Baden-Vürtemberq vilayətində və Argentina Respublikasının Çubut əyalətində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.

Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması üçün İraq Respublikasının Kərkük əyalətindən diri heyvanların, heyvan mənşəli məhsulların və xammalın idxalına, həmçinin tranzit daşınmasına, Almaniya Federativ Respublikasının Baden-Vürtemberq vilayətindən və Argentina Respublikasının Çubut əyalətindən WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə bu inzibati ərazi vahidlərindən gələn, yaxud tranzitlə keçib respublikamıza daxil olan nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Son xəbərlər
Digər xəbərlər