10 C
Baku
Saturday, November 23, 2024

Şolts: “İsveçrə Ukraynaya silahların təkrar ixracına qoyulan qadağanı aradan qaldıra bilər”

“İsveçrə Ukraynaya silahların təkrar ixracına qoyulan qadağanı aradan qaldıra bilər”.

Bunu Almaniya kansleri Olaf Şolts bildirib.

“Biz bu məsələ ilə bağlı qəbul edilən qərarlarla razıyıq və İsveçrədə gedən müzakirələri yaxından izləyirik. Ümid edirik ki, bu məsələdə bəzi dəyişikliklər olacaq”, – kansler deyib.

Şoltsun sözlərinə görə, Ukraynanın silah-sursat sahəsində dəstəyə ehtiyacı olduğu üçün Berlin Bernə onların mümkün tədarükü ilə bağlı bir neçə dəfə sorğu göndərib.

Son xəbərlər
Digər xəbərlər