Ukrayna Xarici İşlər Nazirliyi Minskdə prezident Aleksandr Lukaşenko ilə tanınmamış Donetsk Xalq Respublikasının “rəhbəri” Denis Puşilin arasında keçirilən görüşdən sonra Belarusdakı səfirini məsləhətləşmələr üçün geri çağırıb.
Bu barədə Ukrayna XİN-in çərşənbə axşamı dərc olunmuş məlumatında deyilir.
“Ukrayna Xarici İşlər Nazirliyi Ukraynanın Belarus Respublikasındakı səfiri İqor Kizimi məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib”, – mətndə deyilir.
Departament əlavə edib ki, Lukaşenko ilə Puşilin arasında aprelin 18-də keçirilən danışıqlar “açıq-aşkar qeyri-dost hərəkət” kimi qiymətləndirilir.