14 C
Baku
Sunday, November 24, 2024

Azərbaycanda büdcə gəlirlərinin təsnifatı genişləndirilib

Nazirlər Kabineti “Vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 11 oktyabr 2018-ci il tarixli qərarında dəyişiklik edib.

Banker.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, büdcə gəlirlərinin təsnifatı aşağıdakı maddələr hesabına genişləndirilib:

– Azərbaycan Respublikasının ərazisinə idxal olunan avtomobil benzininin hər litrinə görə icbari tibbi sığorta üzrə sığorta haqqı;

– Azərbaycan Respublikasının ərazisinə idxal olunan dizel yanacağının hər litrinə görə icbari tibbi sığorta üzrə sığorta haqqı;

– Azərbaycan Respublikasının ərazisinə idxal olunan maye qazın hər litrinə görə icbari tibbi sığorta üzrə sığorta haqqı;

– Azərbaycan Respublikasının ərazisində istehsal olunan araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likör və likör məmulatlarının hər litrinə görə tətbiq edilən aksiz dərəcəsinə görə daxilolmalar;

– Azərbaycan Respublikasının ərazisində istehsal olunan pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilərin hər litrinə görə tətbiq olunan aksiz dərəcəsinə görə daxilolmalar;

– Azərbaycan Respublikasının ərazisində istehsal olunan siqarilla (nazik siqarlar) və tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə görə tətbiq olunan aksiz dərəcəsinə görə daxilolmalar;

– Azərbaycan Respublikasının ərazisində istehsal olunan energetik içkilərin hər litrinə görə tətbiq olunan aksiz dərəcəsinə görə daxilolmalar;

– Azərbaycan Respublikasının ərazisinə idxal olunan araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likör və likör məmulatlarının hər litrinə görə tətbiq edilən aksiz dərəcəsinə görə daxilolmalar;

– Azərbaycan Respublikasının ərazisinə idxal olunan pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilərin hər litrinə görə tətbiq olunan aksiz dərəcəsinə görə daxilolmalar;

– Azərbaycan Respublikasının ərazisinə idxal olunan siqarilla (nazik siqarlar) və tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə görə tətbiq olunan aksiz dərəcəsinə görə daxilolmalar;

– Azərbaycan Respublikasının ərazisinə idxal olunan energetik içkilərin hər litrinə görə tətbiq olunan aksiz dərəcəsinə görə daxilolmalar;

– “Meşələrin Qorunub Saxlanılması və Təkrar İstehsalı Fondu”na daxilolmalar;

– “Ətraf Mühitin Mühafizəsi üzrə Dövlət Fondu”na daxilolmalar;

– “Mineral-Xammal Bazasının Bərpası üzrə Dövlət Fondu”na daxilolmalar;

– Xüsusi mühafizə olunan təbiət ərazilərinin idarə edilməsi və mühafizəsi üçün yaradılan müvafiq idarələrin xüsusi fondlarına daxilolmalar;

– “Su bioresurslarının artırılması, bərpası və mühafizəsi Fondu”na daxilolmalar.

Son xəbərlər
Digər xəbərlər