Macarıstan Ukrayna kənd təsərrüfatı məhsullarının idxalına müvəqqəti qadağanın siyahısını genişləndirib.
İndi məhdudiyyət tətbiq olunan ərzaq siyahısına bal, şərab, çörək, şəkər və müxtəlif ət-tərəvəz məhsulları da daxildir.
Macarıstan hökuməti hesab edir ki, ucuz Ukrayna məhsulları Aİ ölkələrinin daxili bazarına ziyan vurur.
İdxal qadağası iyunun sonuna qədər qüvvədədir. Məhdudiyyət Macarıstan vasitəsilə digər ölkələrə daşınan məhsullara şamil edilmir.
Xatırladaq ki, son günlər Polşa, Macarıstan və Slovakiya Ukrayna taxılının idxalına qadağa qoyub. Bolqarıstanın da bu gün oxşar idxal qadağasını elan edəcəyi gözlənilir. Polşa aprelin 18-də elan edib ki, yenidən Ukrayna taxılının ölkə vasitəsilə daşınmasına icazə verəcək.