Amerikanın NVIDIA şirkəti mətn təsvirindən video yaradan neyron şəbəkənin yeni versiyasını təqdim edib. Layihə “VideoLDM” adını alıb. Tərtibatçıların fikrincə, süni intellektin təlimi əvvəlki ayla müqayisədə çox sürətlə gedir.
Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.
Neyron şəbəkənin yaratdığı videolar ya 512×1024, ya da 1280×2048 ölçüsündə və təxminən beş saniyə uzunluğunda 113 kadrdan ibarət olur. Süni intellekt video yaradarkən təxminən 4.1 milyard parametri nəzərə alır. Videoların bir neçə nümunəsini təqdim edirik:
Hələlik təqdim olunan neyron şəbəkə yalnız tədqiqat layihəsidir və NVIDIA-nın belə bir şeyi nə vaxt ictimaiyyətə təqdim edəcəyi bəlli deyil. Xatırladaq ki, daha əvvəl NVIDIA brauzerlərə videogörüntünün miqyasını dəyişmə funksiyasını əlavə etmişdi.