10 C
Baku
Wednesday, December 11, 2024

Stoltenberq: “NATO müttəfiqləri Ukraynaya 150 mlrd. avrodan çox dəstək verib”

“Rusiyanın ötən il fevral ayında genişmiqyaslı işğala başlamasından bəri NATO müttəfiqləri Ukraynaya 150 milyard avrodan çox dəstək verib və müttəfiq ölkələr bu müddət ərzində on minlərlə ukraynalı əsgərə təlim keçib”.

Bunu Kiyevə səfər etmiş NATO Baş katibi Yens Stoltenberq Ukrayna Prezidenti Vladimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

“Müttəfiqlər indi daha çox hərbi təyyarələr, tanklar və zirehli maşınlar göndərir, NATO-nun Ukrayna fondu isə təcili dəstək verir… Bütün bunlar bu gün döyüş meydanında real dəyişiklik yaradır”, – o bildirib.

Baş katib qeyd edib ki, Ukraynanın haqlı şəkildə layiq olduğu yeri Avro-Atlantik ailədədir: “Ukraynanın layiqli yeri NATO-dadır. Və zaman keçdikcə dəstəyimiz bunu mümkün etməyə kömək edəcək”.

O, çoxillik dəstək təşəbbüsünün Ukraynaya sovet dövründən qalma avadanlıq və doktrinalardan NATO standartlarına keçməsinə kömək edəcəyini və Alyansla tam qarşılıqlı fəaliyyətin təmin olunacağını vurğulayaraq, bunu “NATO-nun Ukraynaya uzunmüddətli öhdəliyinin sübutu” adlandırıb.

“Biz bu müharibənin nə vaxt bitəcəyini bilmirik, lakin biz bilirik ki, Rusiyanın təcavüzü dayandırılmalı olan zəhərli nümunədir. Buna görə də biz Ukraynanın Silahlı Qüvvələrini gücləndirməyə davam etməliyik. Biz Ukraynanın təhlükəsizliyi üçün möhkəm, güclü mexanizmlərin mövcud olmasını təmin etməliyik”, – Stoltenberq vurğulayıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər