Macarıstan və Serbiya yeni neft kəmərinin tikintisinə sərmayə qoyuluşuna dair saziş imzalayacaq.
Bu barədə Macarıstan xarici işlər naziri Peter Siyerto məlumat verib.
O qeyd edib ki, boru kəməri Aldeo və Novi Sad şəhərlərini birləşdirəcək.
“MOL və “Transnafta” şirkətləri yeni investisiyalar üzrə danışıqları davam etdirirlər, müqavilənin iyunda Macarıstan-Serbiya sammitində imzalanması planlaşdırılır.
Kəmərin uzunluğu 128 kilometr olacaq. Serbiya onun tikintisinə 6 il ərzində 12 milyard avro sərmayə qoymaq istəyir.