2023-ci ilin yanvar-fevral aylarında Azərbaycanda İnformasiya və rabitə sektorunda çalışan işçilərin orta aylıq əməkhaqqısı 1 398 manat təşkil edib.
Banker.az bu barədə Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata istinadən xəbər verir ki, ötən ilin eyni dövründə bu sektorda çalışanların orta aylıq əməkhaqqısı 1 210 manat olub ki, bu da illik müqayisədə 15.5% artım deməkdir.
O cümlədən Mədənçıxarma sənayesi sahəsində çalışanların orta aylıq əməkhaqqısı 2 978 manat, Tikinti sahəsində çalışanlarda 1 014 manat, istirahət, əyləncə və incəsənət sahəsində çalışanlarda 702 manat təşkil edir.