8 C
Baku
Friday, December 13, 2024

“NaxçıvanBank” 5 milyon manatdan çox mənfəət açıqladı

“NaxçıvanBank” ASC 2023-cü ilin 1-ci rübünü 5 milyon 57 min manat mənfəətlə başa vurub. Ötən ilin eyni dövründə isə bankın mənfəəti 3 milyon 509 min manat təşkil edib ki, bu da illik müqayisədə 44% artıb.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

Yanvar-mart aylarında “Naxçıvan Bank”ın gəlirləri 7 milyon 242 min manat (illik müqayisədə 27.4% çox), xərcləri 2 milyon 897 min manat təşkil edib. 2022-ci ilin eyni aylarında bankın gəlirləri 5 milyon 685 min manat, xərcləri isə 2 milyon 37 min manat olub.

Bu il aprelin 1-nə “Naxçıvan Bank”ın aktivləri 313 milyon 870 min manat olub ki, bunun 173 milyon 671 min manatı müştərilərə verilmiş kreditlərdir.

hesabat dövründə bankın cəmi öhdəlikləri 16% azalaraq 196 milyon 854 min manat, o cümlədən depozit portfeli 112 milyon 447 min manat, cəmi kapitalı isə 117 milyon 16 min manat təşkil edib.

Son xəbərlər
Digər xəbərlər