14 C
Baku
Saturday, November 23, 2024

“Gap” 1800 işçini ixtisar edir

Amerikanın geyim pərakəndə satış şirkəti “Gap Inc.” qlobal restrukturizasiya planının bir hissəsi kimi 1800-ə yaxın işçini ixtisar etmək niyyətini açıqlayıb, Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.

ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına verilən bəyanatda qeyd edildiyi kimi, bunun sayəsində şirkət ildə 300 milyon dollara qədər qənaət etməyə ümid edir. Düzdür, planın həyata keçirilməsində o, ilk növbədə təxminən 100 milyon dollar xərcləməli olacaq ki, bunun da böyük hissəsi işdən çıxarılan işçilərin ödənişlərinə sərf olunacaq.

“Gap” artıq keçən ilin sentyabrında 500 işçini ixtisar etdiyini açıqlamışdı. İşdən çıxarılmaların yeni mərhələsi ilk növbədə “Gap”ın San-Fransisko və Nyu-Yorkdakı baş ofislərində çalışan işçilərə, eləcə də bəzi regional menecerlərə təsir edəcək. Bu ilin yanvar ayına olan məlumata görə, şirkətdə 95 minə yaxın işçi çalışır.

Cari ilin birinci rübünə dair hesabatında “Gap” gəlirlərinin 4.24 milyard dollara düşdüyünü və 273 milyon dollar və ya hər bir səhm üçün 0.75 dollar xalis zərərin olduğunu vurğulayıb. Bütün bu rəqəmlərin analitiklərin proqnozlarından qat-qat pis olduğu ortaya çıxıb.

Son xəbərlər
Digər xəbərlər