2023-cü ilin yanvar-mart aylarında Türkiyənin turizm gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 32,3 faiz artaraq 8 milyard 690 milyon 505 min ABŞ dollarına çatıb.
Bu barədə Türkiyə Statistika Təşkilatı (TÜİK) məlumat yayıb.
Gəlirlərin 20,8 faizi xaricdə yaşayan və vətənlərinə dincəlmək üçün gələn Türkiyə vətəndaşlarının payına düşüb. Səfərlər həm fərdi, həm də turizm agentlikləri vasitəsilə planlaşdırılıb.
Türkiyədə ilin birinci rübündə turistlərin şəxsi ehtiyacları üçün xərcləri 7 milyard 503 milyon 255 min, turpaketlər üçün isə 1 milyard 187 milyon 249 min ABŞ dolları təşkil edib.
Yanvar-mart aylarında Türkiyədən gedən turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 26,8 faiz artaraq 8 milyon 181 min 566 nəfərə çatıb. Bunlardan 20,4 faizi və ya 1 milyon 672 min 332 nəfəri xaricdə yaşayan Türkiyə vətəndaşlarıdır.