11 C
Baku
Monday, November 18, 2024

Azərbaycan Mərkəzi Bankı bu həftə ilin üçüncü faiz qərarını verir: Gözlənti nədir?

BANKER.AZ — Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti bu həftə uçot faiz dərəcəsinə dair qərar verir və həftənin çərşənbə günü, 3 may tarixində həmin qərar ictimaiyyətə açıqlanacaq.

100 baza bəndi = 1 faiz bəndi

AMB uçot faiz dərəcəsini son mart iclasında 8.50%-dən 8.75%-ə qaldırdı. Faiz dərəcəsinin aşağı həddi 9.50%-dən 9.75%-ə, aşağı həddi isə 6.75%-dən 7.00%-ə yüksəlib. Beləliklə, Mərkəzi Bank 4 son iclasın hər birində 25 baza bəndi artıma getməklə 7.75%-dən 8.75%-ə qədər yüksəldib. Dünya iqtisadiyyatının “mərkəzi bankı” sayılan ABŞ Federal Ehtiyat Sistemi 2022-ci ilin martından uçot faiz dərəcəsini 0.25%-dən 5.00%-ə qaldırıb, növbəti 25 baza bəndi artımı edəcəyi gözlənilir.

AMB son iclasında bildirib ki, mart iclasında verdiyi qərar daxili və xarici mühitdə qiymət səviyyəsinə azaldıcı və artırıcı təsir göstərən amillərin dinamikası nəzərə alınmaqla verilib.

Tənzimləyici bildirmişdi ki, pul siyasətinə dair növbəti qərarlar inflyasiyanın dinamikası, proqnozun hədəfdən yayınma səviyyəsi və risklərin qalıcılığından asılı olaraq veriləcək. Mərkəzi Bankın həyata keçirdiyi əməliyyatların və əvvəlki qərarların nəticələri monitorinq edilərək siyasət qərarlarının qəbulunda nəzərə alınacaq. Məcmu tələbin və istehlak aktivliyinin izafi genişlənməsini məhdudlaşdırmaqla inflyasiya təzyiqlərini azaltmaq məqsədilə Mərkəzi Bank sərəncamındakı bütün alətlərdən və mexanizmlərdən adekvat istifadə edəcəkdir. İnflyasiyanın azalacağı ilə bağlı proqnozlar özünü doğruldarsa pul siyasətinin normallaşdırılması, daha sonra isə transmissiyanın zaman intervalı nəzərə alınmaqla yumşaldılması imkanlarına baxılacaq.

Dövlət Statistika Komitəsinin 2023-cü ilin martı üzrə açıqlamasına görə, Azərbaycanda inflyasiya səviyyəsi aylıq 1.5%-dən 0.7%-ə, illik isə 13.9%-dən 13.8%-ə düşüb. Bu, Azərbaycan Mərkəzi Bankının hədəfi sayılan 2-4% hədəf çərçivəsindən olduqca uzaq məsafədədir.

Bu səbəbdən də Banker.az analitikləri AMB-potensial 25 baza bəndi artımı və qismən də sabit saxlama şansının olacağını proqnoz edirlər.

BƏS FAİZLƏR İŞLƏYİRMİ?

Mərkəzi Bank uçot faiz dərəcələrini 2022-ci ilin sentyabrından artırmağa başladı. Bu tarixə qədər yeni sədr Taleh Kazımov keçmiş sədr Elman Rüstəmovun 7.75%-lik əsas faiz dərəcəsinə toxunmamışdı.

Yeni sədr ilk iclaslarda bildirdiyi kimi, onun əsas məqsədlərindən biri uçot faiz dərəcəsini effektli bir monetar alətə çevirməkdir. İndiyə qədər Mərkəzi Bankın bu aləti bazara zəif effekt və ya heç verməyib. Formal olaraq faizlər artırılıb, azaldılıb. Əvəzində bazar faiz dərəcələri formalaşdırıb.

2uq

Bu səbəbdən də, AMB sentyabrdan etibarən faizlərin aşağı həddini planlaşdırılmamış iclas keçirməklə, 6.25%-dən 4.00%-ə endirdi. Tənzimləyici bununla stilizasiyanı işə saldı. Sterilizasiya pulun not və ya depozit hərracları ilə banklardan cəlb edilməsidir. Faizlərin aşağı salınması bir növ Mərkəzi Bankın faiz xərclərinə daha az xərc çəkməklə, daha çox pul cəlbidir. Ötən ilin 4-cü rübü aqressiv pul yığımı həyata keçmişdi. Hər həftəyə 120 milyon manatı açıq bazar əməliyyatları ilə həyata keçirdi. Bununla bazardan pulu yığmaqla inflyasiyaya təsir imkanını genişləndirib. AMB ötən ilin iyulundan həftəlik repo əməliyyatlarını da işə salıb. Bankların əllərində likvid vəsaitlərin daha çox kreditə yönəltməsinin qarşısını almaq məqsədi ilə məcburi ehtiyat normalarının faizlərini 1%-dən 5%-ə qaldırıb.

Yəni Mərkəzi Bank müştərilərindən cəlb etdiyi depozitlərin əvvəl 1%-ni məcburi qaydada Mərkəzi Bankda qoyurdusa, indi 5%-ni qoymaq məcburiyyətindədir. Bu səbəbdən də AMB-dəki ehtiyat normaları son bir ildə 193.6 milyon manatdan 2 milyard 351.5 milyon manata yüksəlib. Bu o deməkdir ki, həmin vəsaitlər Mərkəzi Bankda saxlanılmalı və banklar tərəfindən kreditdə yönəlmə imkanı məhduddur.

Bütün bu sərtləşmələrin bir məqsədi var: faiz dərəcələri işə düşsün. Lakin AMB özü də etiraf edib ki, bütün bunlar üçün müddət lazımdır.

 

Son xəbərlər
Digər xəbərlər