24 C
Baku
Monday, September 30, 2024

Daha çox oxumağın 50 səbəbi

1. Öz fantaziyanızı istifadə etmək. Oxuyarkən siz öz fantaziyanızı işə salıb, müəllifin yaratdığı təsviri tamamlayırsınız. Bununla siz öz təxəyyülünüzü inkişaf etdirisiniz. 

2. Kitabın kinodan daha yaxşı olduğunu başa düşmək. Oxuyarkən siz təsviri canlandırmaq üçün öz təxəyyülünüzü istifadə edirsiniz. Siz bunu özünüzə necə xoşdursa elə edirsiniz . Heç bir Hollivud rejissoru sizə hekayəni öz təxəyyülünüzdən daha yaxşı danışa bilməyəcək.

3. İnsanlar haqqında daha çox öyrənin. Yaxşı kitab sizə qəhrəmanların xarakterini açaraq bu və ya digər situasiyada insanların özünü necə aparacağını anlamağa imkan verir.

4. Yeni bacarıq əldə etmək. Siz istənilən mövzuda canlandıra biləcəyiniz elmi-populyar ədəbiyyat tapa bilərsiniz. Siz ən müxtəlif bacarıqlara yiyələnə bilərsiniz: proqramlaşdırmadan tutmuş kulinarlığa qədər.

5. Daha ağıllı olmaq. Oxuduğunuz hər bir yeni kitab sizə yeni biliklər verir. Bununla siz gün keçdikcə daha ağıllı olursunuz.

6. Müxtəlif nəzər nöqtələrindən baxmağı öyrənmək. Eyni mövzuda olan müxtəlif kitabları və ya sizin fikirlərinizə uyğun olmayan əsərləri oxuyaraq siz özünüzdə müxtəlif nəzər nöqtələrindən baxma bacarığını inkişaf etdirirsiniz.

7. Öz inancınızı sual altında qoymaq. Vaxtaşırı sizin inancına qarşı olan bir sıra ideyalar rastınıza çıxacaq. Bu sizə öz baxışlarınızın düzgünlüyünə bir daha əmin olmağa və ya onun doğru olmadığını qəbul edib, ondan imtina etməyə imkan verir.

8. Dünyagörüşünü inkişaf etdirmək. Müxtəlif mövzularda kitab oxuyaraq, siz daha hərtərəfli insan olursunuz.

9. Maraqlı həmsöhbət olmaq. Müxtəlif yönümlü kitabların oxunması sizi daha bilikli həmsöhbət edir ki, bu da istilən mövzuda danışa bilmək imkanı yaradır.

10. Başqalarının təcrübəsindən istifadə etmək. Kitab müəllifləri öz əsərlərini çoxillik inkişaf təcrübəsi əsasında yaradırlar. Sizin bu ideyaları bir neçə saat ərzində öyrənmək imkanınız var.

11. Maarifçiliyin gücləndirilməsi. Dünyada baş verənlər haqqında xəbərdar olun. Bunun necə işlədiyini yoxlayın. Sizin yeni bilikləriniz və kəşfləriniz sizə böyük fayda gətirəcək.

12. Daha dərk edərək yaşamaq. Mütaliə ilə siz həyatı daha yaxşı dərk edəcəksiniz. Siz necə yaşamaq istədiyinizə daha aydın və effektiv şəkildə qərar verə biləcəksiniz.

13.Yolda vaxt öldürmək. Əgər qatar, avtobus və ya metrolarda çox vaxt keçirirsinizsə, mütaliə sizə vaxtınızı daha səmərəli və maraqlı keçirməyə kömək edəcək.

14. Etibar qazanmaq. Belə ki, daha çox oxuyaraq siz daha çox düşünürsünüz və daha da ağıllı olursunuz, özünüzə inam artır və siz özünüzə daha çox etibar etməyə başlayırsınız.

15. Başqa insanların macəralarını yaşamaq. Siz özünüzü Everest zirvəsinin fəth edən adam və ya çoxmilyardlı korporasiyanın sahibi kimi təsəvvür edə biləcəksiniz. Bu insanlar haqqında oxuyaraq, nailiyyətlərə imza atmış insanların yaşadığı hissləri siz də duyun.

16. Daha məhsuldar olmaq. Vaxtın idarə olunması və məhsuldarlıq sahəsində bacarıqlarınızı təkmilləşdirmək üçün bu sahə ilə bağlı kitablar oxuyun.

17. Ruhlanmaq. Başqa insanların öhdəsindən gələyi bacardığı problemlər haqqında maraqlanın, bu sizi da da ruhlandıracaq. Siz daha böyüyünə və yaxşısına hədəflənəcəksiniz.

18. Mənfi vərdişləri dəyişdirin. Mütaliəni öz mənfi vərdişlərinizin əvəzinə istifadə edin. Mənasız işlərlə məşğul olmaqdansa, kitab oxuyun.

19. Rahatlanmaq. Mütaliəni istirahət, problemlərdən azad olmaq və yenidən enerji yığmağın bir vasitəsi kimi istifadə edin.

20. Yuxuya hazırlaşın. Yuxudan əvvəl mütaliə nəinki rahatlamağa, həm də əlavə bir şey öyrənməyə imkan verəcək.

21. Çətinlikləri aşmaq. Əgər siz çətin anlar yaşayırsınızsa, kitablardan oxşar vəziyyətə düşən insanlar və onların təslim olmamaq üçün özündə necə güc tapmaları, irəli getmələri haqqında öyrənin.

22. Öz problemlərinizi həll edin. Kitablarda problemlərin həlli yollarını tapın. Kitablar sizə ən müxtəlif situasiyalardan necə çıxmağa kömək edəcək: borclarla hesablaşmalardan tutmuş utancaqlığın ardan qaldırılmasına qədər.

23. Yeni problemlərin yaranmasının qarşısının alınması. Mütaliə edərək siz təcrübə yığırsınız və daha tədbirli olursunuz.

24. Daha xoşbəxt olmaq. Mütaliə ilə əldə olunmuş üstünlük sizin həyatınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.

25. Texnologiyaları daha yaxşı istifadə etmək. Kompüter, telefon digər texnologiyalarla işdən necə daha çox fayda ala biləcəyiniz haqqında öyrənin. Siz eləcə də həyatınızı yüngülləşdirəcək texniki yeniliklər haqqında öyrənə bilərsiniz.

26. Nitqinizi təkmilləşdirmək. Yaxşı müəlliflər sizin nitqinizin düzgünlüyünə müsbət təsir göstərir, mütəmadi mütaliə öz fikrinizi çatdırmaq bacarığını təkmilləşdirməyə kömək edəcək.

27. Heç vaxt ziyarət etmədiyiniz yerlərdə olun. Kitablar sayəsində müxtəlif mədəniyyətlər və yerlər haqqında öyrənin.

28. Yaşamadığınız zaman haqqında öyrənin. Keçmiş haqqında tarixi kitablardan oxuyun.

29. Heç vaxt rastlaşmadığınız insanlarla tanış olmaq. Bioqrafiyaları oxuyun, onlar sizi nə vaxtsa yaşamış ən müvəffəqiyyətli və əhəmiyyətli insanlarla tanış edəcək.

30. Lüğət ehtiyatınızı genişləndirmək. Siz mənasını lüğətdən başa düşəcəyiniz yeni sözlərlə qarşılaşacaqsınız. Bununla da, getdikcə daha geniş söz bazasına sahib olacaqsınız.

31. Öz suallarınıza cavab tapmaq. Əgər sizin cavab almaq üçün konkret sualınız varsa, onda sizin mütaliə məqsədiniz dəqiq müəyyənləşdirilmişdir. Bircə qalır sizin o kitabı tapmağınız.

32. Zövq almaq. Yaxşı yazılmış roman sizə inanılmaz dərəcədə xoş gələ bilər.

33. Yeni ideyalar əldə etmək. Biliyin alınması artıq mövcud olanlarla birləşərək sizi təzə ideyalara ruhlandıra biləcək yeni assosiasiya yaradacaq.

34. Fərqlənmək. Əksər hallarda insanlar məktəbi qurtarandan sonra mütaliəni dayandırırlar. Lakin siz əgər fərqlənmək istəyirinizsə, mütaliəni davam etdirin.

35. Əqli aktivliyi dəstəkləmək. Siz mütaliə edərkən əqli aktivliyiniz artır. Lakin televizora baxdığınız an bu baş vermir.

36. Diqqətinizi toplamağa yardım etmək. Mütaliə vaxtı əqli aktivliyinizin artması sizdə diqqətinizi toplamaq bacarığını inkişaf etdirəcək.

37. Beyninizi məşq etdirmək. Mütaliəni beyninizi məşq etdirmək üçün istifadə edin. Bədəninizi formada saxlamalı olduğunuz kimi beyniniz də formada qalmalıdır.

38. Harada olmaqdan asılı olmayaraq mütaliə etmək. Əgər kitab həmişə sizinlədirsə, onu istənilən məkan və zaman çərçivəsində oxuya bilərsiniz. Siz gözlədiyiniz müddət ərzində vaxtı səmərəli keçirmək üçün mütaliə ilə məşğul ola bilərsiniz.

39. Daha yaradıcı olmaq. Kitablardan yeni ideyaların mütəmadi olaraq axını sizdə öz ideyalarınızı yaratmaq bacarığını inkişaf etdirəcək.

40. Daha ucuz əylənmək. Bəzi kitablar kino biletlərindən daha ucuzdur, lakin həmin kinodan fərqli olaraq kitablar sizi 2 saat deyil daha çox əyləndirəcək. Əgər siz kitabxanaya gedəcəksinizsə, pulsuz əylənəcəksiniz.

41. Televizora daha az baxmaq. Televizora baxmaq əvəzinə mütaliə ilə məşğul olun.

42. İstədiyin tempdə öyrənmək. Məktəb illərindən fərqli olaraq, indi siz mütaliə vaxtınızı özünüz müəyyən edirsiniz. Siz materialı öz istəyinizdən asılı olaraq istər ləng, istərsə də, tez-tez oxuya bilərsiniz.

43. Daha az səhv etmək. Yeni biliklərin əldə olunması sizi köhnə səhvləri təkrarlamaqdan və yenilərini etməkdən çəkindirəcək.

44. Daha çox səhv etmək. Mütaliə sizi yeniliklərə təhrik edəcək. Yeniliklər nə qədər çoxdursa, səhvlər də bir o qədər artacaq, səhvlər isə təcrübə qazandıracaq. Hər bir uğursuzluq sizin üçün böyü bir dərsdir.

45. Sıxıntıdan azad olmaq. Əgər siz mütaliəni vərdiş halına salsanız, darıxdırıcı günlərdə məşğul ola biləcəyiniz iş olacaq.

46. Gərginliyi atmaq. Mütaliə stressi aradan qaldırmaqla rahatlaşdırır. Bunu yükləndiyinizi hiss etdiyiniz hər an tətbiq edin.

47. Daha çox pul qazanmaq. Digərləri üçün böyük dəyər kəsb etməyin və etdiyiniz xidmətlərin qarşılığında çoxlu pul əldə etməyin yollarını öyrənin. Şəxsi kapitalın effektiv investisiya edilməsi prinsiplərini öyrənin.

48. Karyera pilləkənlərini qalxmaq. Cari iş tendensiyalarından kənarda qalmamaq və biznesin zamanla yoxlanılmış prinsiplərindən agah olmaq üçün mütaliəni davam etdirin.

49. Ən yaxşı işi əldə etmək. Kitablar bacarıq və imkanlarınızı inkişaf etdirməyə imkan verəcək. Nəticədə siz daha dəyərli mütəxəssis ola bilərsiniz və sizə maraqlı olan yaxşı maaşlı iş tapa bilərsiniz.

50. Mükafatlandırılmaq və vəzifədə yüksəlmək. Mütaliə ilə öz bacarıqlarınızı inkişaf etdirərək siz tədricən bəhrəsini görəcəksiniz, daha dəyərli kadr olacaqsınız.

Son xəbərlər
Digər xəbərlər