Azərbaycan Mərkəzi Bankının (AMB) maliyyə sektoru üçün hazırladığı yeni strategiyanın bu ilin ortalarına qədər təsdiqlənəcəyi gözlənilir.
Bunu AMB-nin sədri Taleh Kazımov uçot dərəcəsinin parametrlərində dəyişikliklərlə bağlı keçirilən mətbuat konfransında bildirib.
“Strategiya beynəlxalq tərəfdaşlarla birlikdə hazırlanır, bank və qeyri-bank təşkilatlarının inkişafı üçün yeni model olan transformasiya məsələlərini əhatə edəcək”, – deyə baş bankir qeyd edib.