13 C
Baku
Friday, November 22, 2024

“PASHA Holding”in “Umico”su Azərbaycanın taksi bazarına daxil olur

“PASHA Holding” MMC Azərbaycanın taksi bazarına daxil olur.

Banker.az xəbər verir ki, şirkətin törəməsi “Umico” (Competo MMC) Ukraynaının “Uklon” taksi şirkəti ilə əməkdaşlığa başlayır.

Bununla da xarici kapitallı taksi şirkətlərinin sayı 5-ə yüksəlib.

“Umico Azərbaycana yenicə gəlmiş Ukraynanın tanınmış onlayn taksi xidməti ilə tərəfdaşlığa başlayır”- deyə, Umico-nun açıqlamasında bildirilir.

“Uklon Azərbaycan” MMC 2 fevral 2023-cü il tarixdə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Bakı şəhəri Nəsimi rayonu, Neftçilər pr., ev 153 (Port Baku iş mərkəzi) ünvanında 100000 dollar ilə dövlət qeydiyyatına alınıb.

“Umico” və ya “Competo” MMC-nin nizamnamə kapitalı təkcə bu il 30% artırılmaqla 62.38 mln manata yüksəldilib.

Xatırladaq ki, aprelin 29-da Türkiyədə keçirilən “TEKNOFEST” tədbiri çərçivəsində Türkiyənin aparıcı e-ticarət platforması və Avropanın ən böyük texnologiya şirkətlərindən biri olan “Trendyol” Azərbaycanın aparıcı biznes qrupu olan “PAŞA Holding” (Umico üzərindən) ilə müqavilə bağlayıb. “Trendyol” Qrupunun prezidenti Çağlayan Çetin bildirib ki, “Trendyol” özünün texnologiya, logistika və istehsalat sahəsində mövcud təcrübəsini “PAŞA Holding”in Azərbaycan bazarında olan təcrübəsi ilə birləşdirəcək.

Son xəbərlər
Digər xəbərlər