14 C
Baku
Sunday, November 24, 2024

Novak: “OPEC+” dünya bazarında neftin ucuzlaşması məsələsini öyrənir

“OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) dünya bazarında neftin qiymətində müşahidə olunan azalmanın səbəblərini araşdırır

Bu barədə Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novak bildirib.

Onun sözlərinə görə, neftin ucuzlaşmasının səbəblərini və gələcək perspektivləri müəyyən etmək üçün bazarda yer alan vəziyyət müşahidə olunacaq, izlənəcək.

“Biz bu məsələni (qiymətin ucuzlaşmasının səbəblərini – red.) öyrənirik”, – Aleksandr Novak qeyd edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər