İşğaldan azadedilmiş Qarabağ və Şərqi Zəngəzur ərazisinin potensialı ölkənin dağ-mədən sənayesinin inkişafı üçün yeni səhifə açıb.
Bunu Azərbaycan Mərkəzi Bankı tərəfindən Heydər Əliyevin 100 illik yubilyeyinə həsr olunmuş tədbirdə çıxış edən “Azergold” QSC-nin idarə heyətinin sədri Zakir İbrahimov deyib.
O bildirib ki, bu regionda yerləşən filiz yataqlarının istifadəyə verilməsi sənayedə dağ-mədən sektorunun payının böyük həcmdə artmasına təsir edəcək.
“”Azergold” bütün resurslarını səfərbər edərək bu istiqamətdə aparılan siyasəti davam etdirəcək” – Zakir İbrahimov əlavə edib.