8 C
Baku
Thursday, November 28, 2024

Avropa İttifaqı Rusiyaya qarşı 11-ci sanksiyalar paketini təqdim edəcək

Avropa İttifaqı (Aİ) qarşıdakı günlərdə Rusiyaya qarşı 11-ci sanksiyalar paketini təqdim edəcək.

Bu barədə “Politico” nəşri adı açıqlanmayan Aİ rəsmilərinə istinadən məlumat yayıb.

Bildirilib ki, Aİ ölkələrinin səfirləri yeni sanksiyaları gələn həftə müzakirə edəcəklər. Daha əvvəl yayılan məlumatlara görə, 11-ci sanksiyalar paketində Rusiya ərazisi ilə malların tranziti qadağan edilə bilər. Burada məqsədin Moskvanın sanksiyalardan yayınmasının qarşısını almaq olduğu bildirilib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər