Gələn həftə İstanbulda taxıl müqaviləsi ilə bağlı yüksək səviyyəli görüş keçiriləcək, bunu BMT baş katibinin müavini Fərhan Haq deyib, Banker.az bu barədə Vedomosti-yə istinadən xəbər verir.
“BMT nümayəndələri bu gün Türkiyənin təşəbbüsü ilə gələn həftə İstanbulda keçiriləcək yüksək səviyyəli görüşə hazırlıq məqsədilə çağırılan iclasda iştirak edəcəklər”, – mesajda deyilir.
BMT taxıl sazişinin şərtlərinin uzadılmasında və həyata keçirilməsində çətinliklərin öhdəsindən gəlməyə kömək edəcək “konstruktiv və səmimi müzakirələrə” ümid etdiyini bildirib.
Taxıl müqaviləsi 2022-ci il iyulun 22-də bir tərəfdən Türkiyə və BMT, digər tərəfdən isə Rusiya və Ukrayna nümayəndələri tərəfindən bağlanıb. Birinci müqavilə Ukrayna taxılının üç limandan, o cümlədən Odessa, Yujnı və Çernomorskdan ixracı, ikinci müqavilə isə Rusiya taxılının və gübrələrinin ixracına yardım haqqında olub. Moskva dəfələrlə sövdələşmənin ikinci hissəsinin həyata keçirilmədiyini qeyd edib.