6 C
Baku
Sunday, December 15, 2024

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki qurumlarla bağlı QƏRAR

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi publik hüquqi şəxslər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına daxil edilib.

Banker.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı müvafiq qərar qəbul edib.

“Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti, Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi, “Azərmarka” Məhdud Məsuliyyətli Cəmiyyəti və Məlumat Hesablama Mərkəzi isə siyahıdan çıxarılıb.

Qeyd edək ki, “Azərbaycan Respublikasında rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 oktyabr tarixli 1464 nömrəli Fərmanı ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yenidən təşkil olunub.

Son xəbərlər
Digər xəbərlər